Dünyanın ən böyük Android tableti

11 İyul 2012 16:28 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiya mütəxəssisləri dünyanın ən böyük ekran genişliyinə sahib olan Android tablet komputerlərini hazırlayıb. "Frontier" adlı tabletin ekranının sahəsi 55 sm-dir. Nəhəng tablet komputerlər hələ satışa çıxarılmayıb. FT103 model məhsulun sensorlu ekranıyla təqdim etdiyi həllolma əmsalı 1920x1080-dir. Yalnız 1GB yaddaşa sahib olan tabletin veb kamerasıyla "Wi-Fi" əlaqə xüsusiyyəti və "HDMI", "microUSB" və "microSD" girişləri var. Məhsulun qiyməti 439 dollar olacaq. Yaponların nəhəng ekranlı PC-dən çox məqsədli istifadə etdikləri bilinir. Kouziro bu məzmunda nəhəng ekranlı tablet strategiyasıyla yerli bazarda müvəffəqiyyət əldə edə bilər.