Bala panda öldü

11 İyul 2012 16:44 (UTC+04:00)
Movqe.Az bildirir ki, Tokionun mərkəzində yerləşən Ueno zooparkı, internet saytında bala pandanı anasının qucağında beli üstü uzanmış şəkildə tapdıqlarını və ölüm səbəbinin sətəlcəm olduğunu bildirib.

Rəsmilər, iyulun 5-də doğulan bala pandaya lazımlı köməklərin edildiyini və ürək masajına başlandığını, ancaq pandanın səhər saatlarında öldüyünü bildiriblər.

Bala pandanın anası Şin Şin və atası Ri Ri keçən il Çindən ili1 milyon dollara alınıb.

Çin xarici işlər naziri spikeri Liu Veimin Pekində verdiyi açıqlamada, bala pandanın anadan olmasının iki ölkə arasındakı dostluğu gücləndirəcəyinə inandığını bildirib.

Nəsli tükənməkdə olan pandalar Çində milli xəzinə olaraq qəbul edilir.

Adı qoyulmadan ölən panda, Ueno heyvanat bağçasında 24 il aradan sonra təbii döllənmə nəticəsində doğulan ilk bala panda idi.

Heyvanat bağçasında 1988-ci ildə süni mayalanma nəticəsində bir bala panda dünyaya gəlib.