Tələbə qızlar məktəblini qəddarcasına döydülər (VİDEO)

21 Avqust 2014 12:45 (UTC+04:00)

Krasnodar müstəntiqləri yeniyetmə qızın döyülmə səhnəsinin əks olunduğu videonu araşdırırlar. Abinsk şəhərinin sakininə qarşı qəddarlıq, elə həmin qızlar tərəfindən mobil telefonun kamerası ilə çəkilib.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, Anna və Yelizavetanın qəddarlığı adamı dəhşətə gətirir. Belə ki, onlar öz yaşıdlarına qarşı etdikləri bu amansızlığı tele-şou şəklində təqdim ediblər.

Təhqirlər, təpiklər, üz və başına vurduqları zərbələr – Anna və Yelizaveta utanmadan qıza onlardan birinin "boyfriend"i ilə görüşdüyünü güclə etiraf etdirirlər. Yananın göz yaşları və ürkəkliyi onları dayandırmır. Sonda isə yazıq qızı saçından sürüyüb çirkli gölməçəyə salırlar.

Müstəntiqlər artıq hər iki qızı dindirib. Məlum olub ki, 16 yaşlı Anna və Yelizaveta tələbədirlər. Döyülən Yana isə onlardan yaşca kiçikdir.