Daha bir nəfər özünü Əzizbəyov körpüsündən atmaq istəyir - SON DƏQİQƏ

21 Avqust 2014 13:03 (UTC+04:00)

Movqe.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında adını açıqlamayan bir nəfər Bizimyol.info-nun redaksiyasına zəng edərək az sonra özünü Əzizbəyov körpüsündən atacağını bildirib. Bizimyol.info-nun əməkdaşları Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İntihar etmək istəyən şəxs icra hakimiyyəti ilə problemlərinin olduğunu deyib. Redaksiyaya məlumat verən şəxsə yenidən zəng edərək onun problemlərinin həll olunacağına inadırmağa çalışaraq fikrindən daşındırmaq istəyib.

Həmin şəxs isə körpünün ən yüksək nöqtəsində olduğunu bildirərək, məmurların hadisə yerinə gəlməsini istəyib. O, vurğulayıb ki, yalnız deputat Qənirə Paşayevaya inandığını deyərək, telefonu qapadıb.

Ətraflı məlumat veriləcək.