Rusiyada 30 min nəfər yardım gözləyir

11 İyul 2012 17:06 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyada 171 nəfərin öldüyü Krasnodar bölgəsində sel fəlakətindən sonra evsiz qalan 30 minə yaxın insan kömək gözləyir. Sel sularının çəkilməsindən sonra yarım metr palçığın içində qalan Krımsk şəhəri sakinləri təcili çadır, ədyal, təmiz su, yemək və təmiz geyim çağırışı edib.  Regional rəhbərlikdən edilən kömək çağırışında, "Krımsk şəhərində təmir işləri davam edir. Axtarış qurtarma işləri ilə yanaşı evsiz qalan insanların da köməyə ehtiyacı var. Fiziki olaraq çətin olan bölgələrdə köməkçi olacaq könüllü insanlara ehtiyacımız var. Çadır, təmiz paltar, içməli su, inşaat avadanlıqları, fərdi gigiyenik vəsaitlər ən çox ehtiyac duyulanlar arasındadır " ifadələri deyilib. Xatırladaq ki, Rusiyanın cənub şəhərləri Gelenjik, Novorossiysk və Krımskda 7 iyulda meydana gələn sel fəlakətində minlərlə insan evsiz qalmışdı. Quru yolu nəqliyyatı, elektrik, təbii qaz və su nəqliyyat xəttləri də böyük zərər görüb.