Avroliqada 29 oyun

21 Avqust 2014 19:05 (UTC+04:00)

Futbol Bu gün Avropa Liqasının play-off mərhələsinin ilk oyunları başa çatacaq. Movqe.az-ın məlumatına görə, bu gecə qitə arenalarında 29 oyun baş tutacaq. Daha iki qarşılaşma isə dünən keçirilib. Azərbaycan çempionu "Qarabağ" Hollandiyanın "Tvente" klubunu qəbul edəcək, Azərbaycan Kubokunun qalibi "Neftçi" Serbiya "Partizan"ının qonağı olacaq. Bu gecə Türkiyənin də iki təmsilçisi meydana çıxacaq. "Karabükspor" "Sent-Etyen"i, "Trabzonspor" "Rostov"u qəbul edəcək. Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində 48 komanda iştirak edəcək. Onlardan 7-si (Sevilya, Everton, Volfsburq, Fiorentina, Estoril, Genqam, Dinamo Kiyev) birbaşa qrupa vəsiqə qazanıb. 10 komanda Çempionlar Liqasının play-off mərhələsində uduzanlar olacaq. Qalan 31 komanda isə Avropa Liqasının play-off mərhələsindən qrupa vəsiqə qazanacaq.


Avropa Liqası

Play-off

İlk oyunlar


20 avqust

Dnepr (Ukrayna) - Hayduk (Xorvatiya) 2:1

Qollar: Nikola Kaliniç, 50. Yevgeni Şaxov, 88 - Tino-Sven Suşiç, 47.


Styarnan (İslandiya) - İnter (İtaliya) 0:3

Qollar: Mauro İkardi, 41. Dodo, 48. Danilo D`Ambrosio, 89.


21 avqust

20.00 Aktobe (Qazaxıstan) - Legia (Polşa)

20.00 Astana (Qazaxıstan) - Vilyarreal (İspaniya)

20.30 Dinamo (Moslva, Rusiya) - Omoniya (Cənubi Kipr)

21.00 AEL (Cənubi Kipr) - Tottenhem (İngiltərə)

21.00 HİK (Finlandiya) - Rapid (Avstriya)

21.00 Qarabağ (Azərbaycan) - Tvente (Hollandiya)

21.00 Rux (Polşa) - Metallist (Ukrayna)

21.45 PSV (Hollandiya) - Şaxtyor (Belarus)

22.00 Dinamo (Belarus) - Nasional (Portuqaliya)

22.00 Elfsborq (İsveç) - Rio Ave (Portuqaliya)

22.00 Karabükspor (Türkiyə) - Sent-Etyen (Fransa)

22.15 Petrolul (Rumıniya) - Dinamo (Xorvatiya)

22.30 Apollon (Cənubi Kipr) - Lokomotiv (Moskva, Rusiya)

22.30 Yanq Boyz (İsveçrə) - Debretsen (Macarıstan)

22.45 Zarya (Ukrayna) - Feyenoord (Hollandiya)

23.00 Panatinaikos (Yunanıstan) - Midillyand (Danimarka)

23.00 Trabzonspor (Türkiyə) - Rostov (Rusiya)

23.00 Zvolle (Hollandiya) - Sparta (Çexiya)

23.05 Zimbru (Moldova) - PAOK (Yunanıstan)

23.15 Asteras (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail)

23.15 Qrasshoppers (İsveçrə) - Brügge (Belçika)

23.15 Partizan (Serbiya) - Neftçi (Azərbaycan)

23.15 Spartak (Slovakiya) - Sürix (İsveçrə)

23.30 Lokeren (Belçika) - Hall Siti (İngiltərə)

23.30 Olimpik (Lion, Fransa) - Astra (Rumıniya)

23.30 Split (Xorvatiya) - Torino (İtaliya)

23.30 Real Sosyedad (İspaniya) - Krasnodar (Rusiya)

23.45 Sarayevo (Bosniya və Her.) - Borussiya (Münhenqladbax, Almaniya)

00.15 Rieka (Xorvatiya) - Şerif (Moldova)