Ermənistan qazsız qaldı

22 Avqust 2014 12:26 (UTC+04:00)

Gürcüstanın şimalında Devdoraks dərəsində dağ kütləsinin çökməsi nəticəsində Şimal-Qərb magistral qaz kəmərinin Gürcüstan ərazisindən Ermənistana ötürülən hissəsində rus qazının nəqli müvəqqəti olaraq dayandırılıb. 

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan neft-qaz şirkəti xəbər verir.

Qəzanın aradan qaldırılması üçün hadisə yerinə Gürcüstan qazının nəqli üzrə idarənin nümayəndələri cəlb edilib. Hazırda bərpa işləri davam edir. Sürüşmə nəticəsində yolun böyük hissəsi bağlanıb. Avtomobillərin hərəkəti dayandırılıb. Şirkətin bildirdiyinə görə, porblemlərin aradan qaldırılması üzrə işlər bitən kimi Ermənistana qaz nəqli dərhal bərpa ediləcək.

Şirkətdən bildiriblər ki, qəza ilə bağlı Gürcüstanın özündə qaz problemi yaşanmayacaq. Belə ki, ölkə qazı Azərbaycandan alır.