Hovard bir müddət ABŞ millisinə dəvət almayacaq

22 Avqust 2014 14:55 (UTC+04:00)

"Everton"un qolkiperi Tim Hovard ABŞ milli komandasında çıxışına bir müddət ara verməyi qərara alıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, qapıçı 1 il millidə oynamayacağını açıqlayıb.


"Mən xaricdə 12 il keçirmişəm. Bu səbəbdən ailəmlə çox vaxt keçirə bilməmişəm. İndi bunu etmək vacibdir. Qərar münasib vaxtda verilib"- Hovard qərarını şərh edib.

Beləliklə, 2015-ci ilin payızına qədər millinin məşqçilər heyəti təcrübəli əlcək ustasını oyunlara çağırmayacaq. 


Qeyd edək ki, 35 yaşlı qapıçı ABŞ milli komandasında 104 oyunda meydana çıxıb.Son 2 Mundialda o, ABŞ-ın əsas və əvəzedilməz çərçivə qoruyucusu statusunu heç kimə güzəştə getməyib.