Azərbaycanda quduzluq xəstəliyinin -ŞOK STATİSTİKASI

22 Avqust 2014 17:10 (UTC+04:00)

"Bu il yanvar ayının əvvəlindən avqust ayının 15-dək respublika üzrə 49 nümunədən 17-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb".

Bunu Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli söyləyib : "Həmin nümunələr ən çox sahibsiz it və çaqqallardan götürülüb. İri və xırda buynuzlu mal-qara, at, sahibli və qeydiyyatda olan it və pişiklər də nümunə götürülən heyvanlar sırasında olub".

Y. Xanvəli bbildirib ki, heyvan dişləməsi və ya cırmaq atması faktı olarkən vaksinasiya mütləqdir: "Çünki xəstəlik ağız suyu ilə keçir. Ola bilər ki, heyvanın cırmaq atdığı yerdə ağız suyu vasitəsilə quduzluq xəstəliyi keçsin. Ona görə də heyvan dişləmiş şəxsin quduzluğa qarşı peyvəndinin aparılması mütləqdir".