Tarixi eksklüziv Kadillak satışa çıxarıldı
11 İyul 2012 20:14 (UTC+04:00)
Movqe.Az "The Sun " qəzetinə
istinadən xəbər verir ki, Amerika Birləşmiş ştatlarının cinayət
kralı olan Al Kaponenin sedan tipli Kadillak V-8 avtomobili satışa
çıxarılır. Hələ avtomatların və silahların sözünü dediyi zamanda,
yəni İkinci Dünya Müharibəsi ərəfəsində bu maşın Al Kaponinin çox
köməyinə çatıb. Bu avtomobil eksklüziv olaraq, Al Kaponi üçün
hazırlanmışdır. Avtomobilin ağırlığı yarım tondur, şüşələr güllə
keçirməyən materialdan hazırlanmışdır. Şüşələrin qalınlığı 2,5
sm-dir.Kadillakın bəzi yerlərində qızıldan istifadə olunmuşdur.
Avtomobilin ilkin qiyməti yarım milyon dollar həcmində
qiymətləndirilir. Lakin avtomobilin tarixililiyi və istifadə
olunmuş materiallar onun daha baha satılacağı faktını təsdiqləyir.
Bu avtomobildən İkinci Dünya Müharibəsi ərəfəsində
prezident Ruzvelt də istifadə etmişdir.
