ABŞ-dan Gürcüstana dəstək

23 Avqust 2014 11:04 (UTC+04:00)
ABŞ prezident köməkçisi Co Bayden Gürcüstanın NATO-ya qoşulma arzusunu dəstəklədiyini bildirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Ağ Evdən verilən xəbərdə Baydenin ABŞ-ı ziyarət edən Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə bir araya gəldiyi, iki liderin görüşdə Ukraynada Rusiya tərəfdarı separatçıları və Kiyev rəhbərliyi arasında yaşanan gərginliyi müzakirə etdiyi bildirilir.

Baydenin Qaribaşviliyə Gürcüstanın NATO-ya qoşulma arzusunu dəstəklədiyini söylədiyi, tərəflərin Gürcüstanda hüququn üstünlüyünün möhkəmləndirilməsi, ölkəyə xarici investisiya cəlb edilməsi mövzusunda da həmfikir olduğu qeyd edilir.