Güclü tozsoranlar yasaqlanır
23 Avqust 2014 14:07 (UTC+04:00)
Sentyabrın 1-də Avropa İttifaqı boyu gücü 1600 vatt-dan yuxarı olan
tozsoranların istehsalı və idxalına qoyulan qadağa qüvvəyə
minir.
Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu yaxınlarda
keçirilən araşdırmalardan birinə əsasən qadağa bazardakı 10
tozsorandan yeddisinə şamil edilə bilər.
Onlardan çoxu istehlakçı "Which?" təşkilatının ekspertləri
tərəfindən "ən yaxşı mal" kimi qiymətləndirilib.
Yeni Avropa qaydaları, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq
üçün Aİ-nin enerji səmərəliliyini artırmaq planına görə tətbiq
olunur.
Yasaqlanacaq tozsoranlar arasında aşağıdakı modellər olacaq:
• Hoover Spirit TSP2101 (2100 vatt)
• Miele S5281 (2200 vatt)
• Samsung Cyclone
• Force Sensor (2100 vatt)
• Bosch BSG8PRO1 (1800 vatt)
Üç il ərzində qaydalar yenidən sərtləşdiriləcək. 2017-ci ildə
tozsoranların gücü 900 vatt-la məhdudlaşacaq.