Paytaxt sakinlərindən unikal addım
23 Avqust 2014 17:00 (UTC+04:00)
Çoxumuz qənaətcil olmasaq da, bəzi insanlar nəinki israf etməməyi,
həm də bir vasitəni iki məqsəd üçün istifadə etməyi bacarır.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki , paytaxtda apardığımız
müşahidə zamanı bəzi insanlara nümunə ola biləcək hərəkət qarşımıza
çıxarıb. Belə ki, evini yayda sərin, qışda isə isti saxlamaq
məqsədilə kondisioner quraşdıran paytaxt sakini ondan həm də unikal
suvarma vasitə kimi istifadə edir.
Binanın qarşısında yol kənarındakı ağacları kondisionerdən ayrılan
su vasitəsilə qidalandırır. Bu isə həm suya olan qənaət, həm də
ağacın ömrünü uzatmaq deməkdir. Özü də bu üsul bütün dünyada
istifadə olunan damcı üsulu ilə suvarmaya uyğundur. Hər halda
təqdirə layiq hərəkətdir. Ağacları qırmaq fikrində olanlar üçün isə
bir dərsdir.