Bakı Dairəvi yolunda iki avtomobil toqquşub
24 Avqust 2014 14:12 (UTC+04:00)
Bu gecə Bakı Dairəvi yolunda yol qəzası baş verib.
Movqe.az APA-ya istinadən xəbər verir ki , hadisə yolun Lökbatan
qəsəbəsi istiqamətində gedən hissəsində qeydə alınıb.
Qalib Əliyevin yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı
avtomobil idarəetmənin itirilməsi nəticəsində Telman Ələsgərovun
idarə etdiyi "VAZ-2105" markalı avtomobilə çırpılıb. Sürət yüksək
olduğundan, zərbədən sonra "Mercedes" yolun kənarındakı işıq
dirəyinə də dəyib. Dirək yerindən qopub, maşın isə bir neçə metr
aralıya düşüb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan
dəyib. Maşınlardan biri kanala, digəri isə yoldan bir neçə metr
kənara düşdüyündən, onların evakuasiyası çətinlik yaradıb. Yol
Patrul Xidmətinin əməkdaşları Dairəvi yolda avtomobillərin
hərəkətini müvəqqəti dayandırmalı olublar:
Faktla bağlı araşdırma aparılır.