44 ailə evsiz qaldı

24 Avqust 2014 16:00 (UTC+04:00)
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Qəzzanın mərkəzində yerləşən 12 mərtəbəli yaşayış binasına zərbələr endirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , aviazərbə nəticəsində ən az 10 nəfər xəsarət alıb.

Fələstin Səhiyyə nazirliyinin rəsmi nümyəndəsi Əşrəf əl-Kudra 10 yaralı barədə xəbəri təsdiq edərək əlavə edib ki, onlardan dördü uşaqdır.

Məlum olub ki, hadisə nəticəsində təqribən 44 ailə evsiz qalıb.