Türkiyədə quldur dəstə başçısı öldürüldü
24 Avqust 2014 12:31 (UTC+04:00)
Türkiyənin paytaxtı Ankarada uzun müddətdən bəri təqib olunan
quldur dəstə başçısı zərərsizləşdirilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, təhlükəsizlik
qüvvələri Dikmən rayonunda cinayətkar şəbəkəyə qarşı xüsusi
əməliyyatlar keçiriblər.
Qrup üzvləri saxlanılan zaman polisə tabe olmaqdan boyun
qaçırıblar. Elə bu vaxt tərəflər arasında atışma başlayıb. Atışma
zamanı cinayətkar dəstə başçısı öldürülüb. 3-ü polis əməkdaşı
olmaqla 4 nəfər yaralanıb. Yaralılardan birini vəziyyəti ağır hesab
edilir. Atışma zamanı silahlılardan biri yaralı olmasına
baxmayaraq, hadisə yerindən qaça bilib.
Atışma zamanı ətrafdakı insanlar da təlaş içində qalıblar.
Ankara polisi sözügedən quldur dəstəsinin insanların evlərinə
basqın etdiyini, təhdid və şantaj yolu ilə vətəndaşları
soyduqlarını bildirib.