Rusiyada üsküf muzeyi açılıb

12 İyul 2012 02:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiyada üsküf muzeyi açılıb. Vladimir Malinovskinin 225 ekspanat üsküfü hamının marağına səbəb olub. Hələ ki, bu üsküflərin Rusiyada  analoqu yoxdu. Dünyada üsküf sərgiləri yalnız Almaniya, Avstriya və Hollandiyada keçirilir. 4 uşaq atası Vladimir Malinovskinin 3 təhsili var. Vladimir tikiş fabrikinə direktor təyin olunduqdan sonra üsküf yığmağa başlayıb. İndi onun 225 üsküfü var.