Titanicə yeni nəzəriyyə

25 Avqust 2014 12:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərənin Sheffield Universitetində aparılan araşdırmalar, Titanicin toqquşduğu aysberq ilə əlaqəli bilinməyən sirləri açmağa çalışıb.

1912-ci ildə toqquşma sonrası batan gəminin aysberqə tərəf getməsinin səbəbi hava vəziyyəti olduğu düşünülürdü. Ancaq İngilis mütəxəssislər, belə qeyri-adi bir vəziyyətin heç yaşanmadığını və Titanicin aysberqlə toqquşmasının səbəbinin, o dövr buzlaqların bu günə görə çox böyük ölçüdə olmalarından qaynaqlandığını açıqlayıb. 20-ci əsrdə Atlantik okeanı üzərindəki aysberqlərin sayı və ölçüləri ilə əlaqəli araşdırma aparılıb. Bu araştırmalarda Titanicin batdığı ilə aid rəqəmlər normal dərəcələrinin xeyli üstündə çıxıb. Titanicdə səyahət edən 2 min 228 sərnişindən 1523-ü həyatını itirib.

Titanic ilk səfərində 15 Aprel 1912-ci ildə aysberqlə toqquşma nəticəsində batmışdı.