"Aygün Kazımova çoxlarının qarnına sancı salacaq"

25 Avqust 2014 17:11 (UTC+04:00)
Müğənni Elton Hüseynəliyev və xalq artisti Aygün Kazımova yeni duet üzrə çalışır. Bu barədə Aygün Kazımovanın dostu və Elton Hüseynəliyevin prodüsseri Tarix Əliyev məlumat verib. Mövqe.az xəbər verir ki, Tolik yeni duetin çox iddialı olcağına əmindir: "İnşallah yeni layihəmiz uğurlu olacaq. Mən nəyəsə inanıramsa o həmişə uğurlu olur. Bu ikilik yeni duetləriylə çoxunun qarnını ağrıya salacaq. Çünki mən bunu deyirəm".


Qeyd edək ki, Aygün Kazımova və Elton Hüseynəliyevin ilk dueti "Ben aşık oldum" adlı mahnı olub.