Əliyev Putinlə görüşəcək
25 Avqust 2014 21:14 (UTC+04:00)
Gələn il prezident İlham Əliyevin Rusiyaya səfəri
planlaşdırılır.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya
mətbuatı yazır. Rusiya hökuməti 2015-ci ilin payızında
Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı
təsdiqləyib.
Yekaterinburq şəhərində keçiriləcək
Rusiya-Azərbaycan forumunda prezident İlham Əliyev və Vladimir
Putinin iştirak edəcəyi bildirilir. Görüşdə İlham Əliyevlə Vladimir
Putinin təkbətək görüşü gözlənilir.
Qeyd edək ki, Rusiya qonşu ölkələri ilə hər il
forumlar keçirir. Ötən il isə Yekaterinburqda Rusiya-Gürcüstan
forumu keçirilmişdi.