Almaniyanın Maks Plank cəmiyyətinin və Oksford
universitetinin əməkdaşı Harret Hellentalın araşdırmaları
ermənilərin geni ilə Çinin titul milləti xanların 5%-nin genlərinin
eyni olduğunu ortaya çıxarıb
ANS PRESS-in məlumatına görə, qərb alimlərinin ata
xətti ilə keçən və minilliklər boyu dəyişməyən Y xromosomlar
əsasında apardığı araşdırma ermənilərin soy-kökü barədə indiyə kimi
formalaşmış təsəvvürləri xeyli dəyişdirir. İndiyə kimi ermənilər
özlərinin təmiz ari (hind-Avropa) mənşəli olduğunu iddia edir və
bütün arilərin vətəninin məhz Ermənistan olduğunu, ermənilərin bir
millət kimi 12 min il əvvəl formalaşdığını iddia
edirdilər.
Amma ciddi tarixçilər bu fikirlərin yanlış
olduğunu bildirirdilər. Ermənistan tarixini uzun müddət araşdırmış
rus alimi İqor Dyakonovun fikrincə, ermənilərin ataları köçəri mosx
tayfaları olub. Vaxtılə Balkan yarımadasında yaşamış mosxlar əvvəl
Kappadokiyaya, eradan əvvəl 6-cı əsrdə isə məhv olmuş Urartu
dövlətinin ərazisinə köçərək orada yarımköçəri maldarlıqla məşğul
olmuşlar. Daha sonra oturaqlaşaraq erməni millətini
formalaşdırmışlar.
Təbii ki, ermənilər bu versiya ilə razılaşmırlar.
Xüsusilə də, onları narahat edən məsələ mosxların vaxtılə Mərkəzi
Asiyada yaşamasıdır. Moskva çayının adının da mosxlarla bağlı
olduğu ehtimal edilir. Alimlər mosxların Balkan yarımadasına kelt
köçləri ilə gəldiyini ehtimal edirlər. Bu çərçivədə başqa ehtimal
isə mosxların oğuz türklərinin bozok bölümünün bir qolu olması ilə
bağlıdır. Vaxtilə Mərkəzi Asiyada yaşamış oğuzlar bozoklara və
üçoklara bölünüb. Bozok sözünün ilkin variantı "basok"dur. Yəni
qədim oğuzlar baş və uc hisslərə bölünüblər və bozok - uçok
bölünməsi də buradan yaranıb. Daha sonra bu ad başqırd və bask
formalarına düşüb.
Genetik araşdırmalar göstərir ki, bozoklar R1b
genini daşıyıblar. Ümumiyyətlə, bu gen dünyada türk geni kimi
tanınır. Başqırdlarda R1b geni 87%, türkmənlərdə 37%, Altay
türklərində 57%, Türkiyə türklərində isə 34%-dir. Ermənilərdə isə
R1b 31%-dir. Bu, artıq ermənilərin soy-kökündə mosxların
dayanmasını irəli sürən Dyakonovun sözlərini təsdiqləyir. Erməni
filoloq Hraçya Acaryan da 4-cü əsrdə yunan əlifbası ilə yazılmış
erməni mətnlərində həddindən çox türkizmlər olduğunu vurğulayır.
Bir çox əsas erməni sözləri hələ o vaxtdan türkcə idi. Belə çıxır
ki, mosxlar əvvəlcə türkcə danışmış, sonra yunan dilinin təsiri
altında dillərini dəyişiblər.
Amma qərb alimlərinin araşdırması ermənilərin
ümumiyyətlə 13 müxtəlif gendən törədiyini ortaya çıxarır. Genetik
araşdırmaya cəlb olunanların 24%-də Anadolu geni müşahdə olub. Bu
da Dyakonovun dediklərinə uyğun gəlir. Alim mosxların yerli urart
və hurritləri assimlyasiya etdiyini bildirir. Erməni genlərinin
11-i Qafqazdan, 3%-i Avropadan, 6%-i isə Afrikadan gəlib. Qalan 56%
gen isə Mərkəzi Asiya və Uzaq Şərqə məxsusdur. Görünür, 56%-in bir
hissəsi də Çin genləridir.
Erməni tarixinə nəzər saldıqda ermənilərin və
Ermənistana adını vermiş hayların fərqli millət olduğunu görmək
olur. Erməni tarixçisi Moisey Xorenasi hayların vəhşi, ermənilərin
mədəni olduğunu irəli sürür. Son araşdırmalar göstərir ki, Çində
müxtəlif formada hay adını daşıyan 10-15 milyon adam var. Həm də 60
milyona yaxın adamın geni ermənilərlə üst-üstə düşür. Bu genin məhz
Çindən Ermənistana gəldiyi düşünülür.
Erməni tarixində də bu öz əksini tapıb. Moisey
Xorenasinin yazdığına görə, bizim eranın 4-8-ci əsrlərində
Ermənistanda hakimiyyəti ələ keçirmiş Mamikonyan ailəsi əslən
Çindən idi. 3-cü əsrdə Çin imperatoruna qarşı üsyan qaldırmış
Mamkon və Konak adlı iki qardaş öz tayfası ilə İrana sığınıb və 100
il orada yaşadıqdan sonra Ermənistana yerləşiblər. 8-ci əsrə qədər
Ermənistan ordusuna Mamikonyan ailəsi rəhbərlik edib. 5-ci əsrdə
Ermənistan hakimiyyətinə gələn Mamikonyanlar İrana qarşı üsyan
qaldıraraq ölkəni müstəqilləşdiriblər. Bir çox alimlər ermənilərin
türk dilindən imtina edərək hay dilinə keçməsin məhz Mamikonyan
ailəsinin təsiri altında baş verdiyini bildirirlər. Çindən gəlmiş
bu ailə İranda fars dilinə keçmişdi. Mamikonyanlara qədər
ermənilərin türkcə ibadət etdiyi də ehtimal edilir. Türk dilinin
qıpçaq ləhcəsində erməni dilində yazılmış incillər bu günə qədər
qorunub.