Madriddə etirazlar davam edir

12 İyul 2012 12:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, İspaniyanın paytaxtı Madriddə davam edən hökumətə qarşı nümayişlərdə  daha 9 adam nəzarətə alını​​b. Kömür mədənlərində dövlət köməyini 63 faiz nisbətində kəsən hökumətə gün ərzində etiraz edən kömür mədən işçilərinin Madrid küçələrində yığışaraq reallaşdırdığı hərəkata hökumətin açıqladığı yeni qaydalara qarşı olanlar da qatılıb.

Baş nazir Mariano Rajoyun Məclisdə açıqladığı 35 maddəlik yeni tədbir paketinə qarşı olan vətəndaşlar və "15-M" adlı xalq hərəkatına mənsub kəslər, kömür mədəni işçiləri ilə birlikdə etiraz nümayişi ediblər.

Sol Meydanında yığışan aktivistlər arasından 9 adam nəzarətə alınıb​​.

Madriddə baş verən hadisələrdə həbs olunanların sayı 17 nəfər, hadisələr əsnasında yüngül şəkildə yaralananların sayı isə70-dən çox olub.