Alman tennisçi Sabina Lisitski adınıGinnesin
Rekordlar Kitabına yazdırdı. Movqe.az goal.az-a istinadən xəbər
verir ki, alman raketkaçı ən sürətli ötürməyə görə qadın tennisi
tarixində ilkə imza atıb. Belə ki, Lisitski iyul ayında Stenfordda
keçirilən turnirdə şut atışı etdiyi topun sürəti saatda 210,8
kilometir olub. Buna qədər ki, rekord isə amerikalı Vinus Uilyamsa
məxsus idi. Belə ki, Uilyams 2007-ci ildə keçirilən ABŞ açıq
çempionatında oyuna daxil etdiyi topun sürəti saatda 207,6 kilometr
olub.
Qeyd edək ki, alman tennisçiyə rekordlar kitabına düşməsi ilə
bağlı sertifikat 2014-cü il ABŞ Açıq Çempionatı öncəsi təqdim
olunub.