Azərbaycanın xeyli hissəsində qaz olmayacaq
27 Avqust 2014 12:48 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında
məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr
şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qaz nəqli sistemində
və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma və təftiş işlərinin
aparılması ilə əlaqədar saat 16:00-dan 18:00-dək Samux rayonunun,
saat 15:00-dan 18:00-dək Bərdə və Tərtər rayonlarının, saat
11:00-dan 13:00-dək Qaradağ rayonunun, saat 17:00-dək Abşeron,
Binəqədi və Kürdəmir rayonlarının, saat 18:00-dək Qusar, Lənkəran,
Qazax, Biləsuvar və Göyçay rayonlarının, saat 19:00-dək Şamaxı
rayonunun, saat 13:00-dək Ağdam rayonunun, təmir işləri başa
çatanadək Nəsimi, Xəzər, Nizami, Yevlax, Xızı və Şəki rayonlarının
bir hissəsinə, saat 18:00-dək isə Ağstafa və Şabran rayonlarına
təbii qazın verilişində məhdudiyyətlər olacaq.