Pakistanda şiddət artmaqda davam edir

12 İyul 2012 15:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, Pakistanda 9 polis, maskalı və silahlı təcavüzkarlar tərəfindən təşkil edilən hücumda həyatını itirib.

Pəncab əyalətinin Lahor şəhərində meydana gələn hadisədə 3 polis də yaralanıb.

Hücum səhər erkən saatlarda meydana gəlib.

Hücumu boynuna götürən Taliban təşkilatı, məhbus Taliban xadimlərinə edilən pis rəftara cavab vermək üçün hücumu təşkil etdiyiklərini bildiriblər.

Bazar ertəsi günü də Lahorun 100 kilometr şimalında 6 polisi öldürən Taliban şiddəti gücləndirəcəklərini bildiriblər.