Səs keçirməyən boya

12 İyul 2012 15:16 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bldirir ki, Türkiyənin Adana şəhərində fəaliyyət göstərən bir boya firması səs keçirməyən boya istehsal etmək üçün çalışıblar.

Səs keçirməmək xüsusiyyəti olan boya istifadə edilən mühitlərdə səs izolyasiyasını təmin edir.

2 il davam edən "AR-GE" işlərindən sonra çıxarılan boya bütün testlərdən keçməyi bacarıb.

Boya hər cür səs, cib telefonu, siqnal və s. səs testlarindən keçib.

Vizual olaraq digər boyalardan fərqi olmayan bu boyanın faktor maddələri də sirr kimi saxlanır.

Patent işlərindən sonra ardıcıl istehsala başlanacaq olan boya üçün firma sahibi bir xeyli iddialı danışır.

Firma Sahibi Mahmud Tuncel, "Elə evlər var ki, aradakı divarlar kağız kimidir. Qonşunun nə danışdığını eşidə bilmək mümkün olur. Bizim boyanı istifadə etdikdə isə qonşu nə danışarsa danışsın, baraban çalsın o biri tərəfə səs gəlməyəcək." deyib.

Boyanın qiymətinə gəldikdə isə normal boyanın qiymətindən xeyli artıqdır. Məsələn, normal boyanın qiymətini 10 manat götürsək, bu boyanın qiyməti 250 manata yaxın olacaq.