Ana iki uşağını maşınla vurdu

12 İyul 2012 15:15 (UTC+04:00)
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qadın içkili vəziyyətdə sükan arxasında olan zaman iki azyaşlı uşaqlarını maşınla vurub. Uşaqların hər ikisi başından zədə alıb. 5 yaşlı oğlunu və 1 yaşlı qızını maşınla vuran anaya qarşı cinayət işi açılıb. Anaya bundan əvvəl də içkili maşın idarə etməsinə görə xəbərdarlıq edilmişdir.