Tolik əsl azərbaycanlı olduğunu belə sübut etdi ! - FOTO FAKT

28 Avqust 2014 16:59 (UTC+04:00)
Tanınmış prodüsser Tarix Əliyev doğum haqqında şəadətnaməsinin şəklini sosial şəbəkədə paylaşıb. Mövqe.az xəbər verir ki, prodüsser onun haqqında xoşagəlməz sözlər deyənlərə, erməni olduğu barədə şaiyələr yayanlara belə cavab verib. Tolik doğum haqqında şəadətnaməsini yayaraq belə qeyd edib: "Bəziləri mənə söz atmağa çalışır, şükür Allaha atam və anam sağdı".


Xatırladaq ki, erməni olduğu deyilən müğənni Natəvan Həbibiyə də Tolik doğum haqqında şəadətnaməsini yaymağı və yayılan söz-söhbətin qarşısını bu yolla almağı təklif edib. Ancaq müğənni ən optimal variant kimi məhkəməyə üz tutmağı üstün tutub. O, xalq artisti Aygün Kazımovanı, bir vaxtlar fanatı olan prodüsser Zoriki və prodüsser Toliki ona erməni dedikləri üçün məhkəməyə verib.