Daha bir ağıllı telefon modeli partladı!

28 Avqust 2014 19:05 (UTC+04:00)

Ağıllı telefonların yanma və partlama hadisələrinə indi də OnePlus One modeli qatılıb. Samsungun Galaxy S modelləri və Apple-ın iPhone modellərindən tez-tez tanış olduğumuz və sizinlə paylaşdığımız yanma və partlama hadisələri, indi də OnePlus One ağıllı telefonuyla gündəmə gəlib. 

 

Movqe.Az xəbər verir ki, ötən günlərdə yatarkən istilənərək gənc ananın sinəsini yandıran iPhone 4 xəbərlərinin ardınca Fransada daha bir hadisə yaşanıb; lakin bu dəfə hadisənin qəhrəmanı bildiyimiz modellər yerinə OnePlus One olub. 2 ay əvvəl satın alan və hələ qutusunu belə atmayan i Fransada yaşayan ağıllı telefon istifadəçisi, yaşadığı hadisəni Miyzu sosial şəbəkəsində paylaşıb. 

 

OnePlus One istifadəçisi gənc, tam enerji yığan  cihazını arxa cibinə qoyaraq metroda səyahət edirmiş. Hər hansı bir istiləşmə hiss etmədiyini paylaşan istifadəçi, ağıllı qurğusundan batareyasının qəfil  partladığını iddia edib.Arxa cibində partlayan telefon, bədəninə qismən zərər verib.

 

Hadisədən sonra OnePlus firmasının, istifadəçinin bütün müalicə xərclərini qarşıladığı bilinir. İstifadəçiyə bir üzr məktub atan ağıllı telefon istehsalçısı firma, yeni bir OnePlus One modelini də ona hədiyyə edib.