453.000 “Yahoo" hesabı çökdürülüb

12 İyul 2012 15:55 (UTC+04:00)

Movqe.az "Slash gear"a istinadən xəbər verir ki, 453 mindən çox "Yahoo" istifadəçisinin kimlik bilgiləri ilə yanaşı istifadəçi hesablarının təhlükəsizliyi də pozulub. Bununla da 453.492 nəfər istifadəçinin hesabı çökdürülüb. "Ars Technica"nın verdiyi məlumata görə istifadəçilərin şifrələri özünü D33Ds adlandıran qrup tərəfindən çökdürülüb. Bu "Yahoo"da baş verən ilk təhlükəsizlik hadisəsi deyil. Mart ayında kompaniya "iOS, PC" və "Mac"  brauzerlərində zərərli proqram istifadəçi brauzerini nəql edə bilən potensial bir  boşluq olduğunu müəyyən etmişdi.