"Qışqırıq" (Scream) rəsmini 120 000 000 dollara alan şəxsin adı açıqlanıb
12 İyul 2012 15:44 (UTC+04:00)
Hələ may ayının əvvəlində hərraca çıxarılan
"Qışqırıq" rəsminin satıldığı haqqında məlumat Movqe.Az
saytında verilmişdi. Movqe.Az Wall
Street Journal- a istinadən xəbər verir ki, məşhur "Qışqırıq"
(Scream) rəsmini 120 000 000 dollara alan şəxsin adı
açıqlanıb. Norveçli Eduard Minkin "Qışqırıq" rəsmini
biznesmen ," Apollo Global Management " şirkətinin sahibi Leon Blek
alıb. Leon Blekin özü hərraca gəlməmişdi. Onun əvəzinə hərrac
evinin vitse-prezidenti Çarlz Moffet iştirak edirdi.