Qənirə Paşayeva Mikayıl Cabbarova müraciət edəcək

29 Avqust 2014 19:30 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayeva yaxşı təhsil göstəriciləri olan Qaraxanlıda müəllim ailələrini ziyarət edib və onlara yeni məktəb tikintisi ilə bağlı hökumətə xahiş edəcəyini deyib. 


"Qafqazinfo"ya daxil olan məlumata görə, millət vəkili Qənirə Paşayeva Tovuzun yaxşı təhsil göstəriciləri olan Qaraxanlı kəndində müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb. Millət vəkili gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər Qaraxanlı kəndinin məktəb binasının çox ağır vəziyyətdə olması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Məktəni ziyarət edən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğurdan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb