Separatçılar Ukraynanın dörd qırıcısını vurdu

30 Avqust 2014 10:39 (UTC+04:00)
Bu gün Rusiya meyilli separatçılar Ukrayna Silahlı qüvvələrinin aviasiyasının dörd "Su-25" qırıcı təyyarəsini vurmağı bacarıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki  , onlardan biri Luqansk Xalq Respublikasının ərazisində üçü isə Donetsk Xalq Respublikasının ərazisində vurulub.

DXR-nın Baş naziri Aleksandr Zaxarçenkonun sözlərinə görə, bütün təyyarələr gecə zenit raket kompleksləri tərəfindən vurulub. İki qırıcı yığma qoşun döyüşçülərinin mövqelərindən getməyi DXR ordusunun nəzarət etmədiyi Mariupol yaxınlığında yerə düşməyi bacarıb.

Bu haqda Rusiya mətbuatı məlumatına görə, bu gün vurulmuş dörd qırıcını da nəzərə alaraq Ukrayna ordusu artıq cənub-şərqdə münaqişə zamanı 25 ədəd "Su-25" itirib. Təsdiq edilməmiş məlumatlara görə, hərbi əməliyyatın başlanğıcında Ukraynanın ordusunda döyüş növbəsində təxminən 35 ədəd "Su-25" və onun modifikasiyaları var idi.

Ukrayna Müdafiə Nazirliyi bu modeldən yalnız altı qırıcısını itirdiyini təsdiq edib. Ukrayna aviasiyasının Donetsk ərazisində əməliyyatlar zamanı toplam olaraq təsdiq edilmiş itkiləri təxminən 20 maşın təşkil edir: onların arasında iki qırıcı "Miq-29", bir cəbhə bombardmançısı "Su-24",bir "İl-76" və "An-30", dörd çoxməqsədli "Mi-8" vertolyotu və dörd "Mi-24".