“Apple” “Samsung” qarşıdurması başa çatdı
30 Avqust 2014 13:02 (UTC+04:00)
"Apple" "Samsung" brendinə məxsus smartfon və planşetlərin ABŞ-da
satışına qadağa qoyulmasına nail olmayıb. ABŞ-ın Federal Məhkəməsi
Cənubi Koreya istehsalçısının xeyrinə qərar çıxarıb.
Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, 2014-cü ilin
mayında məhkəmə "Samsung"u "Apple"a məxsus üç patentin pozulmasında
təqsirli bilib. Məhkəmənin qərarına əsasən, "Samsung" şirkəti 120
milyon dollar məbləğində cərimələnib, halbuki "iPhone" istehsalçısı
2,2 milyard dollar dəyərində kompensasiyaya ümid edirdi. Bu
qərardan sonra "Apple" rəqibin müəyyən məhsullarına müddətsiz
məhkəmə qadağası çıxarılmasını tələb edib.
Amma dairə hakimi Lüsi Kox ABŞ şirkətinin arqumentlərini qadağa
haqqında qərarın çıxarılması üçün kifayət qədər əsaslı hesab
etməyib.
"Biz bu qərarı alqışlayırıq. Əvvəlki kimi amerikalı istehlakçılara
geniş innovasiya məhsulları seçimi yaratmağa çalışırıq" – "Samsung"
şirkətinin nümayəndəsi bildirib.