Separatçılar Yaltanı tutur

31 Avqust 2014 11:13 (UTC+04:00)
Qondarma Donets Xalq Respublikasının qüvvələri 20 km cənub-qərbdə yerləşən Yalta qəsəbəsi üzərində nəzarəti ələ-alalraq Mariupol ətrafını keçərək Azov dənizinə çıxıblar.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , hazırda müqavimət qüvvələri Manquş-Osipenko avtomagistralına nəzarət edirlər.

Separatçıların bildirdiyinə görə Ukrayna qvvələri Donetsk istiqamətində şəxsi heyəti çıxartmaqla məşğuldur.

Bununla bərabər müqavimət qüvvələrinin məlumatına görə, Ukrayna hərbiçilərindən 70 ölü və yaralı var, həmçinin heyət 2 tank və "Qrad" itirib.