Səudiyyə kralından təəccüblü İŞİD açıqlaması
31 Avqust 2014 19:12 (UTC+04:00)
Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz dünyaya, Yaxın
Şərq mövzusunda xəbərdarlıq edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Əbdüləziz dünyanın
İŞİD təhdidinə qarşı birləşmədiyi təqdirdə Avropa və ABŞ-nin də
təhlükə altında olacağını vurğulayıb.
Bu sözləri evində səfirlərin qəbulun təşkil etdyi vaxt dediyi və
qonaqlar arasında ABŞ xarici işlər naziri Con Kerrinin də olduğu
bildirilir.
Abdullah bin Əbdüləziz "Terrorizm sərhəd tanımır və təhlükəsi Orta
şərqin xaricindəki bir neçə ölkəni də təsir edə bilər. Cihatçıların
baş kəsdiyini və küçələrdə uşaqlara bunları sərgilədiyini görürük.
Onların nələr etdikləri və nələr edə biləcəkləri bir sirr deyil.
Sizdən bu mesajı Liderlərinizə çatdırmanızı xahiş edirəm: Şeytani
bir güc olan terrorizmlə, müdrikliklə və sürətli bir şəkildə
mübarizə aparılmalıdır. Əgər laqeyd olsaq terrorizmin bir ay sonra
Avropaya və iki ay sonra ABŞ-a sıçrayacağından əminəm"- deyə
qonaqlara bildirib.