Ərdoğan: "Siz bir çox oyunları pozduz"
1 Sentyabr 2014 00:19 (UTC+04:00)
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Çankaya
köşkünə köçdükdən bəri ilk dəfə İstanbulda Kısıklıda yerləşən
iqamətgahına gəlib və burada vətəndaşlar tərəfindən coşğu ilə
qarşılanıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, əvvəlcə Atatürk hava
limanında izdiham tərəfindən qarşılanan Ərdoğan ilk çıxışını da elə
burada edib.
Rəcəb Tayyib Ərdoğan öz tərəfdarları qarşısında çıxış edərkən belə
deyib: "Milli iradə olaraq nümayiş etdirdiyiniz 10 avqust mövqeyi
heç vaxt unudulmayacaq. Siz bir çox oyunları pozduz. Bu oyunları
pozmaqla bir şeyi sübut etdiniz ki, milli iradə hər şeydən
üstündür. Milli iradəni oğurlamaq istəyənlərə cavab verdiz. Artıq
sadəcə milli deyil, beynəlxalq əsasda da yola çıxıb seçilmiş
prezidentlə seçilmiş hökumət əl-ələ verərək, ölkəmizi müasir
mədəniyyətlər səviyyəsinə çıxaracağıq!"