ABŞ kəşfiyyatından şok etiraf: “İŞİD-i biz yaratdıq, biz dəstək veririk”

1 Sentyabr 2014 12:07 (UTC+04:00)

Movqe.az anspress-ə istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli işçisi Stiven Kellinin İŞİD haqqındakı açıqlamaları böyük səs-küyə səbəb olub.

"İslam Dövləti" (İŞİD) terror qruplaşmasının tamamilə uydurma bir düşmən olduğunu bildirib. O, bu sözləri İranın ingiliscə yayımlanan "Press TV" kanalına verdiyi açıqlamada səsləndirib.

İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən maliyyələşdirildiyini dilə gətirən Kelli, "ABŞ-ın İŞİD-ə hücum etməli olduğunu düşünənlərə söyləyirəm: bu, tamamilə lazımsız bir həmlədir. Çünki onları biz yaratdıq, biz idarə edirik" – deyib.

Daha sonra o, sözlərinə bu cür davam edib: "Əgər ABŞ İŞİD-i yox etmək istəsəydi, maddi mənbəyini məhv edərdi və qruplaşmanın formalaşmasında rol oynayan şəxsləri aradan götürərdi".