Qızıl tabutda basdırıldı

1 Sentyabr 2014 12:30 (UTC+04:00)

İrlandiyada ailəsinin gözləri qarşısında vurulan mafiya atası "Kök" Andy Connors, 25 min sterlinq dəyərində qızıl suyu ilə örtülmüş tabutla torpağa verilib.

Movqe.az İngilis Daily Mail qəzetinə istinadən xəbər verir ki, keçən həftə evinin qarşısında öldürülən 45 yaşındakı "Kök" ləqəbli mafiya başçısı Connors İrlandiyanın paytaxtı Dublində ötən cümə torpağa verilib. Connors İrlandiyada 3 milyon sterlinq dəyərindəki villası ilə gündəmdə idi. Connorsu İrlandiya Respublikaçı Ordusu (IRA), saxta pul işində ortaqlıq etdiyi iş adamı və ya rəqib mafiya tərəfindən öldürülmüş ola biləcəyi ifadə edilib.