Bu rayonlarda 2 gün qaz olmayacaq

1 Sentyabr 2014 12:10 (UTC+04:00)
Bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, 01.09.2014-cü il tarixdən 03.09.2014-cü il tarixədək Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.Fasilələrin yaranması qaz nəqli şəbəkəsində quraşdırma işlərinin aparılması ilə əlaqədardır.