Köpək baılığı üzən çütlüyün yanına gəldi

1 Sentyabr 2014 13:01 (UTC+04:00)
ABŞ-ın Florida ştatındakı Destin şəhərində yerləşən Fort Volton sahilində dənizdə üzən cütlük pis sürprizlə qarşılaşıb. Movqe.Az xəbər verir ki, onlar dənizdə üzən vaxt köpək balığı bir neçə  metr yaxınlıqlarına qədər gəlib.  Sahildəkilərdən bir nəfərin mobil telefonun kamerasıyla qeyd etdiyi və internetə yüklədiyi videoda, köpək balığının cütlüyün yaxınlığında hərəkət etdiyi görülür. Cütlük, sahildəkilərin onları xəbərdar etməsi ilə özlərini sahilə ata bilib.