"Eurovision-2015" mahnı müsabiqəsi Vyanada keçiriləcək

1 Sentyabr 2014 18:01 (UTC+04:00)

"Eurovision-2015" mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək.

Movqe.az xəbər verir ki, Avstriyanın ORF İctimai Yayım Şirkəti uzun müzakirələrdən sonra yarışmanın Vyanada keçirilməsinə qərar verib. Yayım şirkətindən bildiriblər ki, yarışmanı keçirməyə iddialı şəhərlər arasında Qrats, İnsbruk şəhərləri də olub. Şirkətin direktoru qeyd edib ki, "Eurovision" mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.

Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək.