Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini ilə görüşüb

1 Sentyabr 2014 18:59 (UTC+04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini Qabriela Battani-Draqoni ilə görüş keçirib. Movqe.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, görüş sentyabrın 1-də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadiləsi zamanı olub.

Görüşdə Ə. Qarayevlə Q. Battani-Draqoni arasında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində planlaşdırılan tədbirlər və mədəniyyət sahəsində gələcək əməkdaşlıq prioritetləri müzakirə olunub.