Cəbhədə gərgin gecə

2 Sentyabr 2014 10:51 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.