Bakı polisində yeni təyinat oldu

2 Sentyabr 2014 12:10 (UTC+04:00)
Bakı polisində bir ay əvvəl işdən çıxarılan rəis müavininin postuna təyinat olub. Milli.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Faiq Qasımovun yerinə Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi Heydər Heydərli təyin olunub.  F.Qasımov bir ay əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən çıxarılıb. Rəis müavininin işində yol verdiyi qüsurlara görə vəzifəsini itirdiyi iddia olunurdu.