Xəzərdə zəlzələ baş verdi

2 Sentyabr 2014 11:28 (UTC+04:00)
Xəzər dənizinin Azərbaycan sektorundə zəlzələ baş verib. 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 07.47.48-da Xəzər dənizinin 39.23, 51.84 koordinatlarında qeydə alınıb. 

29 km dərinlikdə baş verən yeraltı təkanların 3.0 bal gücündə olduğu bildirilir. 

Zəlzələ hiss olunmayıb