İngilis rokçu qadın İŞİD-ə qoşuldu (FOTO)

2 Sentyabr 2014 11:35 (UTC+04:00)

İngiltərə mətbuatı ölkədən İŞİD-ə üzv olmaq üçün gedən qadınlar haqqında xəbər yayıb.

Movqe.az saytının anspress-ə istnadən məlumatına görə, İngiltərənnin ən yüksək tirajlı iki qəzeti olan "The Sun" və "Daily Mirror" ötən gün yaydığı xəbərlərdə ingilis kəşfiyyat idarəsi "MI6"nın ingilis qadın "cihadçılar"ı izlədiyini yazıb.

"The Sun" qəzeti iki uşaq anası olan rok musiqi müğənnisi 45 yaşlı Salli Consun ölkədən çıxmasını yazıb və onun İngiltərə vətəndaşı olan İŞİD-çilərdən biri ilə evlənmək üçün qruplaşmaya qoşulduğu iddia edilir.

Xəbərlərdə bildirilir ki, internetdə amerikalı jurnalisti öldürən şübhəlilər arasında olan Cüneyd Hüsseyn adlı İŞİD silahlısı ilə tanış olan qadın, iki uşağını tərk edərək Suriyaya gedib. Adını Səkinə Hüsseyn olaraq dəyişdirən Consun "Twitter" hesabı da var.