"iWatch"un qiyməti açıqlandı

2 Sentyabr 2014 12:44 (UTC+04:00)

"iWatch"un qiyməti haqqında ortaya atılan son iddia şok yaradacaq. "iWatch"un nə vaxt bazara çıxacağı hələlik biliməsə də məhsulun qiyməti ilə əlaqədar söz-söhbətlərin ardı-arası kəsilmir.


Movqe.Az xəbər verir ki, bir-birindən fərqli qaynaq tərəfindən ortaya atılan qiymətlərə baxıldıqda, məhsulu kobud olaraq "bahalı" adlandırmaq olar. Son olaraq "iWatch"un  Re / codedan gələn şərhə görə isə iWatch-un satış qiyməti 400 dollar olacaq. Həmçinin elə görünür ki , Apple bir-birindən fərqli saat modeli ilə də qarşımıza çıxmaq üçün hazırlaşır. Məhsulun 9 sentyabrda iPhone 6 ilə birlikdə tanıdılacağı gözlənilir.