" Muhteşem Yüzyıll " serialında Bred Pitti yoxsa Mell Gibsonu görəcəyik?
13 İyul 2012 00:03 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, sezon finalına çıxan " Muhteşem Yüzyıll " serialı
yenə də möhtəşəm layihələri ilə izləyicilərinin marağına səbəb
olur. Keçən dəfə teleaparıcı Yüksel Aytuğ Bred Pittin
" Muhteşem Yüzyıll " serialına
çəkiləcəyi barədə məlumat yaymışdı. Bugün isə o, Hollivud aktyoru
Mell Gibsonun serialda rol alacağını bildirib. Bəzi
məlumatlarda isə söylənilir ki, Bred Pittin iştirakı alınmasa, o
zaman Mell Gibson serialda çəkiləcək.
