Mercedess Nissan Patfhanderə çırpıldı, sürücülər arasında dava düşdü-FOTOLAR

2 Sentyabr 2014 17:13 (UTC+04:00)
Nərimanov rayon, Ceyhun Hacıbəyli 30 ünvanında yol qəzası baş verib. Movqe.az xəbər verir ki, hadisə bu gün saat 16:15 radələrində Mercedess markalı avtomobilin  arxadan Nissan Patfhander markalı avtomobilə çırpılması nəticəsində baş verib. Movqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza hadisəsi sürücülərin mübahisəsi ilə nəticələnib. Hadisənin şahidləri qəzanın baş verməsinə səbəb kimi, Nissan Patfhander markalı avtomobilin sürücüsünün avtomobili arxaya verərkən ehtiyatsız davranmasını bildirsə də, sürücü günahın Mercedess markalı avtomobilin sürücüsündə olduğunu iddia edib. Hadisə yerinə yol-polis əməkdaşı çağırılıb.